Xəbər verdiyimiz kimi, İsrail Ordusunun Qəzzanın şimalına kütləvi zərbələr endirməsi nəticəsində ərazidə bütün kommunikasiya əlaqəsi kəsilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada fəaliyyət göstərən qurumlar dünyanın başqa əraziləri ilə əlaqə yarada bilmirlər.
Belə ki, Beynəlxalq Qırmızı Xaç Kommitəsi Qəzzadakı əməkdaşları ilə əlaqənin kəsildiyini qeyd edib.
“Elektrik kəsilməsi səbəbindən Qəzzadakı həmkarlarımızla əlaqəmiz itdi. Biz narahatıq ki, ərazidə təcili tibbi yardım xidməti fəaliyyət göstərə bilməyəcək”.
Ümumdünya Səhiyyə Təşkilatı da Qəzzadakı əməkdaşları ilə əlaqəni itirib:
“Qəzzadakı işçilərimiz, səhiyyə müəssisələrimiz və tərəfdaşlarımızla əlaqəmizi itirmişik. Biz mülki şəxslərin təcili müdafiəsini və humanitar yardımın göstərilməsini tələb edirik”.
Həmçinin, Fələstinlilərə Tibbi Yardım (MAP) qeyri-hökumət təşkilatı bu axşam Qəzzadakı komandaları ilə bütün əlaqənin kəsildiyini açıqlayıb.