Dünya incəsənət idxalı və ixracı ilin sonuna kimi rekord səviyyəyə çatacaq

Dünya incəsənət idxalı və ixracı ilin sonuna kimi rekord səviyyəyə çatacaq

Art Basel və UBS-nin hesabatına görə, dünya incəsənət idxalı və ixracı 2022-ci ilin sonuna kimi rekord səviyyəyə çatacaq.

Kulis.az xəbər verir ki, hazırda qlobal sənət idxalı və ixracı 2019-cu ildə əldə edilən 30,5 milyard dolları keçərək 2022-ci ilin sonuna kimi rekord səviyyələrə çatmaq üzrədir .

Bu Art Basel və UBS tərəfindən nəşr olunan sorğunun nəticələrində öz əskini tapıb.11 bazarda 2700 yüksək sərvətli insanı araşdıran iqtisadçı Clare McAndrew belə qənaətə gəlib ki, sənət kolleksiyaçılarından gələn tələb “son dərəcə davamlı” olmaqda davam edir və 2022-ci ilin qalan hissəsi üçün xərcləmə planları son dərəcə yüksəkdir.

İlin birinci yarısı özünəməxsus çətinliklər Ukraynadakı müharibə, pisləşən iqlim vəziyyəti, inflyasiya artımı yaşansa da, bütün bunlar sənət bazarında hansısa çuxur yaratmayıb.

Share: