Dünya Kataloniya ilə Qarabağa niyə fərq qoyur?

Uzun illərdir Dağlıq Qarabağ münaqişəsinin həlli üçün reseptlər axtarılır, dünyada mövcud olan və həll edilməmiş müxtəlif münaqişə modellərinə istinad edilir.

 

Müstəqil.Az xəbər verir ki, bu haqda iqtisadçı ekspert Rövşən Ağayev yazıb. Ekspertin sözlərinə görə, Kataloniya hadisələrinin nəticəsi güclülər üçün ərazi bütövlüyü, zəiflər üçün öz müqəddəratını təyinetmə prinsipinin keçərli olduğunu göstərdi:

 

“Hesab edirəm ki, hazır model Kataloniyadır – heç bir dünya gücü separatçını haqlı saymır, “ərazi bütövlüyü”nü dominant prinsip kimi qəbul edir, Azərbaycanın öz torpaqlarını azad etməklə bağlı hərbi əməliyyatlarına Rusiyanın heç bir formada qarışmasına imkan vermir.

 

Ədalət bir rəngdə olur – Kataloniyada ağ, Qarabağda qara yox…”

Müstəqil.Az

Share: