Dünya kuboku təxirə salındı

Dünya kuboku təxirə salındı

2024-cü ilin fevralında keçirilməsi planlaşdırılan hokkey üzrə dünya kuboku təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumat Milli Hokkey Liqasının (MHL) rəsmi saytında yerləşdirilib.

Məlumatda qeyd olunub ki, indiki şərtlərdə dünya kubokunu təyin olunan vaxtda keçirmək mümkün deyil: “Biz növbəti dünya kubokunu planlaşdırmağa davam edəcəyik. Ümid edirik ki, o 2025-ci ilin fevralında baş tutacaq”.

Qeyd edək ki, 2024-cü ildə baş tutmalı olan dünya kubokunun ev sahibi Çexiya idi. 


Share: