Dünyada İLK: meyitə insan başı transplantasiyası – FOTO

Çində ilk dəfə olaraq meyitdə insan başı transplantasiyası həyata keçirilib.

Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, prosesi İtalyan cərrah Sergio Kanavero reallaşdırıb.

Onun sözlərinə görə, Harbin Tibb Universitetində onun rəbərlik etdiyi qrup tərəfindən “ilk baş transplantasiyası” meyit üzərində həyata keçirilsə də, canlı bir şəxs üzərində əməliyyat yaxın gələcəkdə baş tutacaq.

“İnsan vücuduna ilk dəfə baş transplantasiya edildi. Ölmüş bir beyinlə donordan tam baş nəqli isə növbəti addım olacaq”, – deyə S.Kanavero qeyd edib.

Qeyd edək ki, baş transplantasiyası üçün əməliyyat 18 saat davam edib. Həkimlər bel, sinir və qan damarlarını müvəffəqiyyətlə birləşdirməyə nail olublar. 2016-cı ilin yanvar ayında Çində bir qrup alim dünyada ilk dəfə meymun başını transplantasiya edib.

Share: