Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Dünyagöz” Klinikasının həkim briqadası noyabrın 4-dən şəhər sakinləri üçün ilkin göz müayinəsi həyata keçirir.
ADAU-nun mətbuat xidmətindən bildirilib ki, klinikanın türk həkimlərindən ibarət heyəti sosial aksiya çərçivəsində təhsil müəssisəsinin müəllim, tələbə və digər işçiləri üçün də ödənişsiz müayinə aparıblar. Müayinəyə gələnlərin hər biri də xidmətdən razı qalıb, aksiyanın təşkilatçılarına minnətdarlıq bildiriblər.
Demək yerinə düşər ki, Dünyagöz klinikası daima yenilənən mükəmməl texnologiyası, mühazirəçi və mütəxəssislərdən ibarət 2000-ə yaxın təcrübəli işçi heyəti ilə dünyanın bir neçə müstəsna tibb mərkəzləri arasında layiqli yerini tutub. Ən müasir tibbi avadanlıqlarla təchiz edilən klinika artıq 21 ildir ki, müasir tələblər səviyyəsində göz müayinəsi və müalicəsi ilə məşğul olur.