Uluslararası Aktivist Sənətçılər Birliyinin Azərbaycan təmsilçiliyinin təşkilatçılığı ilə “Dünyanı sənət xilas edəcək” adlı kitab-kataloq çapdan çıxıb.
Sayca 3-cü olan bu kitab-kataloqda 30-a qədər ölkədən olan rəssamların əl işləri nümayiş olunur. Kitab-kataloqun məqsədi dünya rəssamlarının qismən birliyinə nail olmaq, Azərbaycan rəssamlığının dünya rəssamlığınıa inteqrasiyasına nail olmaqdır.
UASB Azərbaycan təmsilçisi Nəvai Metinin rəhbərliyi ilə çap oluna kataloqun məsləhətçiləri sənətşünas, Əməkdar incəsənət xadimi Ziyatxan Əliyev, UASB başkanı Ümit Yaşar, xalq rəssamı Şaiq Məmmədov, korrektoru Zaur Hüseynov, dizayneri Vüsalə Yunusovadır.
UASB Azərbaycan təmsilçisi Nəvai Metin bildirib ki, bu, bizim 3 cü kataloqumuzdur. Birinci kataloqda da dünyanın 30 yaxın ölkəsindən rəssamlar qatılmışdı, bu işimiz beynəlxalq aləmdə nüfuz qazandı və istəkləri nəzərə alaraq bu kataloqu da nəşr etdik. İkinci kataloqumuz isə gənc istedadlara həsr olunmuşdu. Bununla işimiz bitmir. Belə ki, dördüncü kataloq üzərində işimizə davam edirik. Bu dəfə “Dünyanın 100 qadın rəssamı” adı ilə çapa hazırlanacaq kataloqda bir neçə ölkənin qadın rəssamlarının əl işləri nümayiş olunacaq