Dünyanın ən böyük aysberqinin videogörüntüsünü çəkmək mümkün olub – VİDEO

Dünyanın ən böyük aysberqinin videogörüntüsünü çəkmək mümkün olub – VİDEO

Böyük Britaniyanın kral hava qüvvələri dünyanın ən böyük aysberqinin videogörüntüsünü çəkməyə nail olub. Atlantik Okeanda görünən aysberq Cənubi Georgiya və Cənubi Sandviç adalarına tərəf üzürdü.

Müstəqil.Az “Seanews.az”-a istinad edərək xəbər verir ki, “A68a” rəqəmi ilə tanına aysberq 2017-ci ildə Antarktidadakı “Larsen S” buz sahəsindən ayrılıb. Sahəsi 5800 kv/km olan buzun çəkisi təqribən 1 trilyon tondur. Aysberqdən tədricən qopan buz hissəcikləri onun sahəsinin və çəkisinin azalmasına gətirib çıxarır. Hazırda aysberqin sahəsi 4200 kv/km-dir.

Alimlərin fikrincə, əgər aysberq dayaz sularda uzun müddət qalarsa bu ekosistemə ziyan vurmaqla yanaşı, suitilərin və pinqvinlərin də qidalanmasına əngəl yarada bilər.

Müstəqil.Az

 

Share: