Dünyanın ən böyük etan və etanol tankeri inşa edilib

 Dünyanın ən böyük etan və etanol tankeri inşa edilib

Müstəqil.Az bildirir ki, bu barədə “Seanews.az” “korabel.ru”-ya istinadən xəbər verib. Xəbərdə deyilir ki, uzunluğu 230 metr, eni 36,5 metr və dedveyti 60 000 ton olan yeni “Pacific Ineos Belstaff” tankeri bir səfərdə 99 000 kubmetrə qədər maye qaz daşıya biləcək.

2020-ci ilin sentyabrında suya salınan gəminin kommersiya istismarı etanolun ABŞ limanlarından Belçikanın Antverpen şəhərinə daşınması ilə başlayacaq.

Tanker xüsusi olaraq mayeləşdirilmiş etanı və digər qaz növlərini uzun transokean marşrutları boyunca daşımaq üçün nəzərdə tutulub. Mütəxəssislərin hesablamalarına görə, qeyri-ənənəvi trapezoidal kəsikli “B” tipli qaz çənlərinin istifadəsi uçucu yüklərin daşınmasının etibarlığını və təhlükəsizliyini əhəmiyyətli dərəcədə artıracaq, həmçinin itkilərin həcmini və boşaldıqdan sonra çənlərdə qalıq səviyyəsini azaldacaqdır. Gəmi “B” tipli çənlərlə yanaşı, yuxarı göyərtədə quraşdırılmış iki “C” tipli çən ilə də təchiz olunub.

Universal çənlər müxtəlif qazların etibarlı saxlanmasını təmin edir: etan (-89 ° C), etilen (-104 °), eləcə də adi mayeləşdirilmiş təbii qaz.

Gəmi həm adi yanacaqdan, həm də etandan istifadə etməyə imkan verən hibrid tipli mühərriklərlə təchiz olunub.

Szyannan gəmiqayırma zavodunun sifariş qovluğuna etanolun daşınması üçün üç oxşar tankerin tikintisi  müqaviləsi də daxildir. Hər birinin tutumu 99 min kubmetr olan bu gəmilər 2022-ci ildə sifarişçiyə təhvil verilməlidir.

Müstəqil.Az

Share: