ABŞ hiperkarı “Hennessey Venom F5 Roadster”in kabriolet versiyası təqdim olunub.
O, dam örtüyü olmayan ən sürətli seriya avtomobilidir.
Belə ki, yeni rodsterin maksimal sürəti saatda 482 kilometrdən yüksəkdir.
“Venom F5 Roadster” 1842 at gücü və 1617 Nm fırlanma anı hasil edən 6,6 “Fury bi-turbo” səkkizlik mühərriklə təchiz edilib. Sürət qutusu isə bir muftalı yeddi pilləli “robot”dur.
Hiperkarın çəkisi 1405 kiloqramdır.
Hər biri üç milyon dollar olan avtomobildən cəmi 30 nüsxə buraxılacaq.
Mənbə: motor.ru