Dünyanın ən sıx məskunlaşmış adası

Orta futbol meydançası təxminən 7500 kvadratmetrdir. Santa Cruz del Islote adasının sahəsi təxminən iki futbol sahəsinə bərabərdir. Eyni zamanda, adada 97 evdə 1200-dən çox sakin yaşayır. Yüz evin belə bir kiçik məkanda necə yerləşdiriləcəyini təsəvvür etmək çətindir, amma bu uydurma deyil. Bu qeyri-adi ada Kolumbiyaya aiddir. Materiklə adanı təxminən 20 kilometr məsafə ayırır. Bu məsafəni yalnız su yolu ilə keçmək mümkündür, təbii ki, adada hava limanı yoxdur.

Adada maşın yolu belə yoxdur: bütün adanı  bir neçə dəqiqəyə piyada gəzmək mümkündür. Yerli sakinlərin dediklərinə görə, əcdadları adada təxminən 150 il əvvəl olublar: bir neçə balıqçı burada gecələmiş və bütün gecə bu yerlərə xas olan ağcaqanadlardan narahat olmadıqlarına heyran qalmışlar. Balıqçılar buranın yaşayış üçün əla bir yer olduğuna qərar verib adada ilk evləri tikiblər.

Dalğalar sahilə böyük bir sement parçasından çarmıx gətirənəcən ada uzun müddət adsız olub. Çarmıxın buraya necə gəlməsi bir sirr olaraq qalır. Santa Cruz del Islote adlanan çarmıxı (tərcümədə Müqəddəs Xaç adası) adanın mərkəzində görmək mümkündür.

Adanın təxminən 170 tələbənin olduğu öz məktəbi belə var. Məktəb binası üç mərtəbəlidir, buna görə adadakı ən hündür binadır. Bəzi tələbələr buraya San Bernardo arxipelaqının qonşu adalarından belə  gəlirlər. Santa Cruz del Islote adasını nəinki “ən sıx məskunlaşmış”, həm də “ən gənc ada” adlandırmaq olar. Onun sakinlərinin əksəriyyəti gənclərdir.

Bəlkə də Santa Cruz del Islote sakinləri üçün ən böyük dəyər “təmiz su”dur. Adada təmiz su mənbələri yoxdur; həftədə üç dəfə gəmilər Kolumbiyan buraya içməli su gətirir. Burada kanalizasiya sistemi də yoxdur. Digər bir böyük problem zibilin atılmasıdır: qonşu Tintipan adasına aparılırsa da, tullantıların əhəmiyyətli bir hissəsi sadəcə okeana atılır.

Burada kiçik bir futbol meydançası belə var. Yerli sakinlər heç vaxt evlərinin qapılarını bağlamırlar, çünki burada heç bir cinayət olmur, bütün ada sakinləri bir-birini çox yaxşı tanıyırlar. Təbii ki, adada polis yoxdur. Bundan əlavə, xəstəxana və ya qəbiristanlıq da yoxdur.

Gəlir yerləri – balıqçılıqdır. Yerli sakinlər Kolumbiya restoranlarına balıq satmaqla pul qazanırlar.

Müstəqil.Az

mənbə:“Seanews.az”

Share: