Dünyanın ən uzun dırnaqlarına sahib ABŞ sakini 22 ildir ki, onları kəsmir.
Dinah Armstronq buna görə gündəlik həyatda çətinlik çəksə də, amma manikürə yazılmaq fikrində deyil.
O, sonuncu dəfə dırnaqlarını 1997-ci ildə kəsdirib.
16 yaşlı qızı, manikür ustası olan Latişa astma tutmasından yuxuda dünyasını dəyişdikdən sonra qadın bir daha manikürə getməyəcəyinə söz verib. 2022-ci ilə qədər amerikalı qadının dırnaqlarının uzunluğu 1,3 metr olub ki, bu da ona Ginnesin Rekordlar Kitabına düşməyə imkan verib.
Armstronqun sözlərinə görə, hər bir dırnağı cilalamaq və ona qulluq etmək 10 saat çəkir. Buna baxmayaraq, rekordçuya çevrilən Dinah dırnaqları ilə fəxr edir və onları heç vaxt kəsməyəcəyini əminliklə bəyan edir.
Mənbə: gazeta.ru