Polşanın ən yaşlı sakini və dünyanın ikinci ən yaşlı qadını Tekla Yuneviç 116 yaşında vəfat edib.
O, 1906-cı il iyunun 10-da Lvovdan 40 km aralıda yerləşən Krupsko kəndində anadan olub. Qadın İkinci Dünya Müharibəsi bitdikdən sonra Polşanın cənubundakı Sileziyada yaşayıb.
1980-ci ildə Yuneviç dul qalıb. 103 yaşına qədər o, bütün ev işlərinin öhdəsindən təkbaşına gəlib. Sonra nəvələri ona qulluq ediblər.
Yaxınlarının sözlərinə görə, qoca həmişə aktiv, yaxşı əhval-ruhiyyədə olub, zarafat etməyi, oxumağı və kart oynamağı xoşlayıb.
Mənbə: TASS