Dünyanın öz növü üzrə ən yaşlısı hesab edilən 19 yaşlı Keniya aslanı Lunkito yerli Masai qəbiləsindən olan nizə tutan döyüşçülərin hücumuna məruz qaldıqdan sonra ölüb.
Heyvanı öldürmək üçün onların öz səbəbləri olub. Belə ki, şir Olkelunyet kəndində mal-qara oğurlamaq istəyərkən tutulub. O, qocaldığı üçün daha asan ov axtarışında olub.
Qeyd edək ki, Afrika şirlərinin vəhşi təbiətdəki ömrü nadir hallarda 18 ildən çox olur. Keniya Vəhşi Təbiət Xidmətinin məlumtına görə, Lunkito “böyük pişiklər” arasında rekordçu olub.
Mənbə: Bild