2023-cü ildə dünyanın ən zəngin 10 şəhəri məlum olub.
Müvafiq məlumatı aprelin 18-də yaşayış yerlərinin planlaşdırılması üzrə “Henley & Partners” və “New World Wealth” analitik şirkətləri açıqlayıb.
Birinci yerdə 340 min milyonerin yaşadığı Nyu-York qərarlaşıb. Amerikanın digər şəhərləri – San Fransisko (285 min milyonçu) və Los-Anceles (205,4 min milyonçu) müvafiq olaraq üçüncü və altıncı yerləri tutub.
Siyahıya 10 il əvvəl başçılıq edən Tokio 290.300 milyonçu ilə ikinci yerdədir. Üçüncü yerdə London (258 min varlı sakin), beşinci yerdə Sinqapur (240,1 min) və onuncu yerdə Sidney (126,9 min milyonçu) dayanır.
Reytinqdə yeddinci, səkkizinci və doqquzuncu yerlər Çin şəhərlərinə – Honq-Konq (129,5 min milyonçu), Pekin (128,2 min) və Şanxaya (127,2 min) məxsusdur. Pekin və Şanxay yalnız son on ildə ilk onluğa düşüb, Honq-Konq isə əksinə, dördüncü yerdən (2012-ci ildə olduğu yer) yeddinci yerə geriləyib.
Mənbə: iz.ru