İsrail əsgərlərinin nəzarət altına aldığı 14 yaşlı fələstinli Fevzi əl-Cunidinin yeri bəlli olub.
Axar.az xəbər verir ki, “Anadolu” agentliyinin Qüds üzrə müxbirinin yaydığı məlumata görə, o, Betlehəm şəhərinin yaxınlığındakı hərbi həbsxanalardan birində saxlanılır.
Qeyd edək ki, Fevzi əl-Cunidi ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması qərarına etirazların baş verdiyi ərazidə həbs edilib. Yeniyetmənin həbs anının fotosu dünyada böyük etirazla qarşılanmışdı.
Mastəqil.Az