Dünyanın boks əfsanəsi, mərhum Məhəmməd Əlinin malikanəsi satışa çıxarılıb.
Miçiqan ştatındakı Berrien-Sprinqs şəhərində yerləşən, 81 hektarlıq əraziyə malik malikanənin ərazisində 2 ev, massaj kabineti, basketbol meydançası, boksla məşğul olmaq üçün məkan var. Malikanənin ərazisindən çay axır, orada nohur var.
Məhəmməd Əli bu malikanəni 1975-ci ildə satın almışdı.
Parkinson xəstəliyinə tutulandan sonra o, həmin malikanədə yaşayıb.
Malikanənin satış qiyməti 2,895 milyon dollardır. (milli.az)