Ordusuz ölkə inanılmaz kimi gəlsə də, həqiqətən belə yerlər var. Bəzilərini xarici ölkələr müdafiə etsələr də, onların öz ordu sistemləri mövcud deyil. Müstəqil.Az bunlardan bir neçəsini təqdim edir:
1. Lixtenşteyn
1968-ci ildə 80 nəfərlik ordu əsgərliyi bitirdikdən bəri ölkədə tərəfsiz siyasət aparılır.
2. Palau
Ölkənin müdafiəsini ABŞ təşkil edir.
3. Kiribati Respublikası
Ölkədə hərbi güc saxlamaq qadağandır.
4. Qrenada
1983-dəki ABŞ müstəmləkəsindən sonra ölkədə hərbi güc anlayışı qalmamışdır.
5. Marşal Adaları
Adanın mühafizəsini ABŞ dəniz qüvvələri həyata keçirir.
6. Mauritius
Ölkədə ancaq polis sistemi fəaliyyət göstərir.
7. Andorra
3 İyun 1993-ci ildəki sazişə görə, ölkənin lazımi təhlükəsizlik və hərbi cəhətdən qorunmasını İspaniya və Fransa öz üzərinə götürmüşdür.