Rusiya prezidenti Vladimir Putin MDB Dövlət Başçıları Şurasının Düşənbə iclasında sənədlərin imzalanması mərasimində maraqlı davranışı ilə yadda qalıb.
Rusiya KİV-ləri xəbər verir ki, Kreml rəhbəri imzalanma mərasimi zamanı Aleksandr Sergeyeviç Puşkinin “Yevgeni Onegin” mənzum romanını mütaliə edib. Əvvəlcə rusiyalı lider kitabı sol tərəf qoyaraq bir neçə sənədi imzalayıb.
Daha sonra əsəri vərəqləməyə başlayan Putin növbəti dəfə fasilə edərək digər sənədlərə imza qoyub. Bundan sonra o oxumağına davam edib. Masadan qalxarkən isə kitabı da özüylə götürməyi unutmayıb.