Bu gün sosial şəbəkədə yayılan bir video hər kəsin marağına səbəb olub.
Moderator.az xəbər verir ki, kadrlarda Fərid İbrahimov adlı şəxsin cəbhənin Qazax istiqamətində sakinlərin təhlükəsizliyi üçün inşa edilmiş istinad divarının üzərinə çıxıb, həyatını təhlükəyə ataraq divarın üzərinə sancılmış Azərbaycan Bayrağını səliqəyə saldığı görünür. Qeyd edək ki, həmin şəxs bu addımı atarkən birbaşa erməni snayperlərinin hədəfinə tuş gələ, həyatını itirə bilərdi. Videonu izləyən şəbəkə istifadəçiləri həmin şəxsin böyük cəsarət nümayiş etdirdiyini qeyd ediblər və onun ünvanına xoş sözlər yazıblar.