Ermənistanın siyasi-hərbi rəhbərliyinin növbəti çarəsizliyini göstərən görüntülər yayılıb.
Müstəqil.Az xəbər verir ki, İrəvan rəhbərliyi qocalarla yanaşı, yeniyetmələri də müharibəyə göndərir.
İşğalçı ölkənin beynəlxalq konvensiyaları və normaları kobud şəkildə pozmasını sübut edən görüntülər yayılıb. Görüntülərdə erməni hərbçilərinin 12-13 yaşlı yeniyetmədən istifadə etdiyi əks olunub.
Qeyd edək ki, bundan öncə də Ermənistanın baş naziri Nikol Paşinyanın hərbi xidmətə çağırılmış orta yaşlılarla və qocalarla görüşünü əks etdirən videogörüntülər yayılmışdı.
Müstəqil.Az