Düşmənlər dərk etdilər ki, Azərbaycanda “Narkokorrupsiya” yoxdur

Düşmənlər dərk etdilər ki, Azərbaycanda “Narkokorrupsiya” yoxdur

(Həzz və iztirab silsiləsindən)

Demokratiya və korrupsiya anlayışı bir araya sığmır və cəmiyyətdə biri-birinə antoqonist cəbhədə dayanırlar. Məsələn, ABŞ-da bu siyasi bəlaya qarşı son 25 ildə 96 milyard dollar xərclənib, lakin kökünü kəsə bilməyiblər, əksinə onun yeni növləri yaranmaqdadır.

Korrupsiya demokratik prinsiplərə güzəştə getmir. Demokratiya isə qəbul olunmuş qanunları ilə çox zaman mübarizə metodlarına güzəştə gedir. Korrupsiya məğlub olmur. Kimlərisə uzun müddətli həbslərlə, çıxarılan ölüm hökümlərilə onu məğlub etmək mümkün deyil. Ancaq yaxşı ənənələrin tətbiqi, islahatdan sonra əldə olunan nəticələrin kütləvi təbliği, maarifləndirmə metodu, rəqabətli siyasi sistem korrupsiya qarşısında maneə ola bilər.

Korrupsiya panoramına professor, Azərbaycan prokuror Kamran Əliyevin maraqlı yanaşma metodu var. Məsələn, onun fikrincə, korrupsiyanın sosial-siyasi və hüquqi anlamlarda mənası bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Belə ki, korrupsiya anlayışına hüquqi mənada tərif verilərkən, o, müvafiq cinayətləri və digər korrupsiya hüquqpozulmalarmı nəzərdə tutur; sosial-siyasi mənada istifadə edəndə isə daha geniş məfhum nəzərdə tutulur ki, hüquqi anlamda korrupsiya onun tərkib hissəsi kimi çıxış edir.

Korrupsiyanın miqyası və səviyyəsi öyrənilərkən, heç şübhəsiz ki, burada cinayətin sosial-siyasi mənasından söz gedir və cinayət tərkibi bu rakursda qiymətləndirilir. Geniş mənada korrupsiyanı tədqiq etdikdə, onun real vəziyyətini müəyyənləşdirməyə cəhd göstərdikdə, digər sosial fenomenləri də öyrənmək zərurəti yaranır. Bu sosial fenomenlər sırasında ilk adı çəkilən ədalətli, şəffaf və dürüst idarəetmədir. Belə ki, korrupsiyanın miqyası və səviyyəsi idarəetmənin qanuniliyi, dürüstlüyü, səmərəliliyi və onu səciyyələndirən digər amillərlə bilavasitə bağlıdır. Bundan başqa, yoxsulluğun və işsizliyin səviyyəsi, dövlət qulluğunda çalışan şəxslərin əməkhaqqının səviyyəsi və sair göstəricilərin korrupsiyanın yayılmasına təsiri danılmazdır. Bütün bunların əsasında antikorrupsiya ilə bağlı güclü informasiya blokları da dayanmalıdır. İnformasiya bloku olmadan antikorrupsiya mənasız bir mübarizə metodu olur. Bəzi tədqiqatçıların fikrincə, rüşvət qanuniləşərsə (?) adamların rüşvət ödəmək istəyi azalar. Lakin bu halda rüşvətxor məmurların proporsiyası rüşvət səviyyəsi ilə birgə artdığına görə rüşvət səviyyəsinin artması əksər hallarda rüşvət ödəyən fərdlərin də artmasına gətirib çıxarır.

Çoxsaylı korrupsiya və rüşvət hallarına aid xeyli materialları nəzərdən keçirdikdən sonra belə bir fikir deyək: bütün korrupsiya və rüşvət halları cinayət deyil. O korrupsiya və rüşvət halı dövlətçiliyə və ictimai-siyasi quruluşa zərbə vurmursa, zərər vermirsə… o nə üçün və nədən dövləti cinayət sayılmalıdır? 2012-ci ilin mart nömrəsində dərc olunan yazıların birində korrupsiya və rüşvət araşdırmaları ilə məşğul olan “Merinq qrupu” (kəşfiyyat qrupu) da qismən bizim fikirləri təsdiq edir. Dr. S.Samuel etiraf edir ki, bəzi regionlarında az rüşvət alan və korrupsiyada ittiham olunan insanları çox zaman yüksək rüşvət alan və korrupsiyada ittiham edilə bilən (bunun üçün faktlar var) hüquq mühafizə sisteminin əməkdaşları mühakimə edir. “…Halbuki kiçik rüşvət geniş mənada dövləti cinayət hesab olunmamalıdır. Tənbeh etmək, ictimai cəza kəsmək daha düzgün olardı… (R.Novruzğlu “Çirkli pullar” kitabı).

Demokratiya şəraitində korrupsiyaya aşkar meyillər bəzən seçki və qanunverici proseslərin təşkilindən, kampaniyanı maliyyələşdirmə metodlarından asılı olur. Onu da qeyd edək ki, bu amillər pərdələnə də bilər.

Demokratiya şəraitində elektoral səsvermə qaydaları və qanunverici proseslər korrupsiya imkanlarına təsir etmək üçün siyasi təbəqələşmə ilə qarşılıqlı təsirə malik olur. Siyasi sistemlər həm geniş əsaslı, həm də dar çərçivəli fərdi və qrup benefitinin müxtəlif qarışığını yaradır. Bəzi dövlət xidmətləri, o cümlədən milli təhlükəsizlik müdafiə müqavilələri və hərbi sazişlər əldə edən firma və regionlara benefit verir. Əgər dövlət fərdi benefit təmin edirsə, korrupsiya meyilləri daha güclü olur, lakin korrupsiya və siyasi quruluş arasında əlaqə mürəkkəbləşir.

Azərbaycan, Ermənistan və Gürcüstanda rüşvət amillərinin əsas mənbələrini araşdıran, bir müddət Gəncə-Qazax regionlarında tədqiqatlar aparan M.Tamanq təkcə Azərbaycanın seçki-səsvermə sistemini demokratik hesab etmişdir.

Siyasətçilər siyasəti elə strukturlaşdırarlar ki, müəyyən qruplar bir-biri ilə birbaşa konfliktdə olmurlar. Məsələn, bir siyasətçi öz seçicilərini faydalandıran layihəni dəstəkləyir, sonra isə həmin layihənin icrasına sahib çıxmaq istəyən iş adamlarından rüşvət götürə bilir. Deyək ki, məsələn, bir siyasətçi öz rayonunda inşaat üçün dövlət vəsaiti alır. O, sonra inşaat müqavilələrini rüşvətödəyən firmalara verə bilir. Nəticədə belə bir panoram yaranır: ciddi dövlət layihələri və qanunsuz gəlir.

Azərbaycanda korrupsiya məsələlərilə bağlı tez-tez çıxışlar edən və dövlətin bu istiqamətdə apardığı işlərə yüksək qiymət verən professor E.Rasmusenin belə bir fikrinə rast gəldik: “…Əgər korrupsiyanın aşkarlanması siyasi karyeranın sonu deməkdirsə və aşkarlama rüşvətxorluğun ən yüksək səviyyəsindədirsə, bəzi siyasətçilər, bəlkə də, yüksək məbləğli rüşvət götürməkdən imtina edərlər. Yüksək rüşvətin faydaları yüksək xərcləri ötüb keçir. Bu şərtlər altında iki mümkün nəticə ola bilər: birinci şərt, rüşvət kifayət qədər yüksək təyin olunur ki, siyasi xərcləri ödəsin (bəzi sazişlər rüşvət verənlər üçün baha başa gəldiyinə görə qəbul edilməyə bilinər). Lakin baş tutan korrupsiya sazişləri, adətən aşağı rüşvəti nəzərdə tutur; ikinci şərt, məmurlar rüşvət təkliflərini rədd edir, ya da az məbləğdə alırlar. Əgər rüşvət aktı baş tutmursa, bu o demək deyil ki, özəl qruplar lazımi məbləği verməkdən boyun qaçırırlar, ona görə ki, təhdidlə-hər siyasətçini pulla satın almaq mümkün olmur…”

Fikirlərimizi bir az da dəqiqləşdirək. Məsələn, vaxtilə regionlarımızda baş verən çaxnaşmaların, çevrilişlərin, ölüm hallarının, kütləvi qırğınların arxasında çirkli iri pulların yuyulması mexanizmi, total korrupsiya halları, ağlasığmaz rüşvət “proqramları dayanırdı”. Bütün bu proseslərdə kütləni aldadan, onları siyasi meydanlarda qırğın üçün hazırlayan partiya liderləri, digər leqal və qeyri-leqal qeyri hökümət təşkilatları aktiv rol oynayırdılar?

Müxalifətdə dayanan partiya liderləri korrupsiya məsələlərində passiv iştirakçı deyirlər. Əgər bir məsələdə mənafe varsa, partiya liderləri və islahat proqramları tərtib edənlər rüşvətin həcmini artırir, hətta rüşvət qoparmaq vasitəsi kimi ziyanlı qanunvericilik aktları da tətbiq etməklə hədə-qorxu gəlirlər. Çünki qanunvericiliyə bir partiya və ya möhkəm koalisiya nəzarət edərsə, gəlirlərin böyük hissəsini (mütəşəkkil maraqlar varsa) mənimsəməyə bilər. Korrupsiyanı məhdudlaşdırmaq üçün sərt qanunlar tələb olunur.

Məsələn, dünyada narkotik maddələrə qarşı özünəməxsus taktikası və strategiyası olan Azərbaycan Daxili İşlər Nazirliyində bizim sistemdə önəmli yer tutur. (Tədqiqatçı, professor-kəşfiyyatçı N.Ziqmund). Azərbaycanda onun düşmənləri yeni yaranmaqda olan “Narkokorrupsiya” ifadəsinə və anlayışına nə qədər cəhd etsələr də ona vətəndaşlıq hüququ verə bilmədilər. Azərbaycanda düşmənlər dərk etdilər ki, “Narkokorrupsiya” yoxdur.

Rövşən Novruzoğlu Vəlizadə,

Beynəlxalq Terrorizmə və Korrupsiyaya

Qarşı Mübarizə Strateji Araşdırmalar

Mərkəzi”nin direktoru, siyasi elmlər üzrə

fəlsəfə doktoru, professor, politoloq

 

 

Share: