1. Alisa möcüzələr ölkəsində sindromu
Bu xəstəlik həmçinin Todd sindromu adlanır çünki xəstəlik ilk dəfə Con Todd tərəfindən 1955-ci ildə elmə daxil edilib. Həmin xəstəliyə tutulmuş insanlar eynilə əsərdəki kimi əşyaları olduğundan daha böyük və ya kiçik görürlər. Bu sindrom əsasən miqrenağrıları ilə əlaqədar yaranır. Levis Karroll özü də miqren xəstəsi olduğu üçün “ Alisa möcüzələr ölkəsində” əsərini yazarkən müəllifin də bu sindromdan əziyyət çəkmiş olduğu güman edilir.
2. Kotard və ya gəzən cəsəd sindromu
İlk dəfə Fransız nevroloq Cules Kotard tərəfindən kəşf edilmiş bu xəstəliyə tutulanlar ölü olduqlarını düşünürlər. Bəzən xəstəlik o həddə çatır ki, xəstə öldüyünü özünə və ətrafdakılara sübut etmək üçün intihara əl atır. Araşdırmalar zamanı xəstəliyin bir çox psixiatrik və orqanik xəstəliklərlə əlaqəli ola biləcəyi ortaya çıxıb. Əsasən 50 yaşdan yuxarı insanlarda rast gəlinir.
3. Paris sindromu
Fransanı ziyarət edən turistlərdə, xüsusilə də yapon turistlərində qeydə alınan psixi pozuntuya verilən addır. Gülməli səslənsə də hər ilazı 12 yapon bu xəstəliklə bağlı psixoloqlara müraciət edir. Belə ki, yaponlar fransızlardan qonaqpərvərlik və zəriflik görəcəklərini düşünsələr də, bunun tamamilə əksi ilə rastlaşırlar və onların əsəbləri bu cür gərginliyə dözmür.
4. Pika Sindromu
Pika Sindromu müxtəlif maddələri yemə istəyi ilə özünü gösrərən xəstəlikdir. Bu xəstələr zərərli olduğunu bilsələr də özlərini bu maddələri yemə istəyindən uzaqlaşdıra bilmir. Bu davranış pozğunluğu çox vaxt bədəndə dəmir, sink, fosfor, kalsium kimi maddələrin əksikliyi səbəbindən yaranır. Bu insanlar ağlınıza gəlməyəcək şeyləri məsələn, qum, dəmir, kağız, ip, silgi, sabun, torpaq, boya, neft və s. yeyir və bundan zövq alırlar.
5. Yad əl sindromu
Alien əl sindromu adlandırılan xəstəlik şəxsin əllərindən birinin nəzarətdən kənar hərəkətlər etməsi kimi əlamətlərlə özünü göstərir. Kənardan baxıldığında bu hərəkətləri xəstənin etdiyini düşünmək olur, ancaq həmin hərəkətlər xəstənin istəyindən kənar edilir.
6. Autophagia
Bu xəstəliyə sahib olan insanlar özlərini yeyirlər. Bəli, səhv oxumursunuz, adamlar öz-özlərini yeyirlər. Yəni ki, dırnaqlarınızı yeməmişdən öncə iki dəfə düşünün.
7. Stendal sindromu
Florens sindromu da adlanan xəstəlik incəsənətin insan üzərində təsiri nəticəsində, xüsusilə incəsənət əsəri fövqəladə gözəl olduqda və ya çoxsaylı incəsənət əsəri bir məkana toplanmış olduqda insanın ürək döyüntülərinin sürətlənməsi, başgicəllənməsi, ürəkgetməsi, hətta hallüsinasiyalara səbəb ola bilən psixosomatik xəstəlik vəziyyətidir.