Hamımız ideal çəkiyə sahib olmaq və fit görünmək isəyirik. Bunun üçün ən əsas sağlam qidalanmaq və idmanla məşğul lazımdır.
Publika.az xarici KİV-ə istinadla düz qarına sahib olmağın ən asan 5 yolunu göstərir:
1. Pəhrizinizdə doğru yağlardan faydalanın – “Fast food”lar, trans yağ tərkibli qidalar və heyvan mənşəli yağlardan uzaq durun. Badam, fındıq, qoz, kətan toxumu, avakado, balıq yağı və zeytun yağının pəhriz proqramında yer alması lazımdır.
2. Bədəndə yağ toplanmasını azalan meyvələr yeyin – Ananas, kivi, qreyfurt, çöl böyürtkəni, manqo, ərik və ağ tut yüksək antioksidan tərkibli olmaqla yanaşı bədəndə yağ toplanmasına mane olur.
3. Bel ətrafını incəldən ara yeməklər yeyin – 5 xörək qaşığı qatıq, 1 nazik dilim ananas, 1-2 ədəd kivi, 1 yemək qaşığı çöl böyürtkəni, 10 ədəd badam, 1 yemək qaşığı kətan toxumu, 1 çay qaşığı darçın yağ yanmasını sürətləndirər.
4. İdmandan sonra yağsız protein qəbul edin – Bu, maddələr mübadiləsi sürətini artırar.
5. Düz qarın çün bu salatlar yeyin:
– 160 qr ton balıq, 1 stəkan yağsız lor pendir, göyərti (cəfəri, şüyüd, ispanaq), 5 ədəd kiçik pomidor, 2 çay qaşığı zeytun yağı, limon. 1 dilim tam taxıllı çörək və 200 ml ayranla yeyə bilərsiz.
– 2 xörək qaşığı qaynamış yaşıl noxud, 2 xörək qaşığı qaynamış lobya, 2 xörək qaşığı qaynamış buğda, tünd yaşıl yarpaqlı tərəvəzlər(ispanaq, cəfəri, şüyüd), avakado, zeytun yağı və limon.