DYP sürücülərə və piyadalara müraciət edib

DYP sürücülərə və piyadalara müraciət edib

DYP sürücülərə və piyadalara müraciət edib

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edib.

xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsindən (BDYP) bildirilir ki, havalar soyuduqca, yağışlar yağdıqca yollarda yaranan su gölməçələri piyadalar üçün əsl problemə çevrilir.

“Elə sürücülər var ki, yol kənarında dayanan piyadaları nəzərə almır, yollardan keçərkən sürət həddini azaltmaq əvəzinə əksinə sürət həddini daha da artıraraq, onların üst-başlarını batırmağa nail olurlar. Hava şəraitini nəzərə almaqla, sürücülərə tövsiyə edirik ki, yollarda diqqətli olsunlar və yol kənarlarında dayanan piyadaları nəzərə alsınlar. Unutmasınlar ki, piyadaların üzərinə su sıçratmaq yolverilməzdir”, – müraciətədə deyilir.

Share: