EBRD Azərbaycan üzrə investisiya portfelini 40 mln. avro artırıb

Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycandakı aktiv portfelinin həcmi bu il fevralın 29-na 937 mln. avroya kimi (ödənilməmiş öhdəliklər daxil olmaqla) artıb. Bu rəqəm bank tərəfindən təqdim edilən əvvəlki göstərici ilə müqayisədə 4,4% və ya 40 mln. avro çoxdur. İcra edilən aktiv layihələrin sayı isə 32-yə çatıb.

Bu barədə “-Economics”ə EBRD-dən bildirilib.

Qeyd olunub ki, portfelin 90%-ni (848 mln. avro) dayanıqlı infrastruktura yatırımlar, 7%-ni (64 mln. avro) sənaye, ticarət və aqrobiznes investisiyaları, 3%-ni (26 mln. avro) isə maliyyə institutlarına yatırımlar təşkil edir. Bankın ölkədəki əməliyyat aktivlərinin həcmi isə 0,3% azalaraq 695 mln. avro təşkil edib.

Beləliklə, EBRD bu günədək Azərbaycana 190 layihə çərçivəsində 3,723 mlrd. avro həcmində investisiya yatırıb və sözügedən həcmin 83,3 %-i (3,101mlrd. avro) borc götürənlər tərəfindən artıq mənimsənilib. Ümumi investisiyaların 26%-i özəl sektorun payına düşüb.

Share: