Yanvarın 15-dən etibarən İstanbulda Ayasofya məscidinə xarici vətəndaşlar üçün turistik məqsədlə giriş ödənişli olacaq.
“Qafqazinfo” “Yeni Şafak” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy açıqlayıb.
Onun sözlərinə görə, Türkiyə vətəndaşlarının ibadət məqsədi ilə Ayasofyaya etdikləri səfərlər əvvəllər və bu gün də olduğu kimi ödənişsiz olacaq.
Nazir xarici turistlər üçün nəzərdə tutulan sözügedən ödənişin məbləğinin hələ təyin edilmədiyini də əlavə edib.
Qeyd edək ki, Ayasofya muzey olaraq fəaliyyət göstərdiyi dövrdə buraya giriş ödənişli olub. Muzey 2020-ci ildə ibadət üçün açıldıqda isə giriş ödənişsiz olaraq təyin edilib.