Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər.
-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiyanın teleqram kanalları məlumat yayıb.
Bildirilib ki, artıq hazırlanmış qanun layihəsinə əsasən, xarici vətəndaşın Rusiya Federasiyasında vizasız müvəqqəti qalma müddətinin hər 180 günlük müddətdə ümumilikdə 90 günədək azaldılması, yəni təqvim ili üçün cəmi 90 gün olması təklif edilir.
Təşəbbüs müəlliflərinin fikrincə, belə bir tədbir işləmək məqsədilə Rusiya Federasiyasına üz tutan mövsümi miqrantların sayını azaldacaq, eləcə də ümumilikdə xarici vətəndaşların Rusiyada qalmasına nəzarətin səmərəliliyini artıracaq.