ECOWAS Nigerə qarşı sanksiyaların müddətini uzadıb

ECOWAS Nigerə qarşı sanksiyaların müddətini uzadıb

ECOWAS Nigerə qarşı sanksiyaların müddətini uzadıb

Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) Nigerin avqust ayında tətbiq edilən yeni rəhbərliyinə qarşı sanksiyaları uzatdığını və keçid dövrü vaxtında başa çatarsa, onları qaldırmağa hazır olduğunu açıqlayıb.

xəbər verir ki, bu barədə AFP agentliyi ECOWAS-ın Abucada keçirilən sammitinin yekun bəyanatına istinadən məlumat yayıb .

Agentliyin məlumatına görə, iclas iştirakçıları Nigerə qarşı sanksiyaların uzadılması barədə qərar qəbul ediblər. Məhdudiyyətlərin uzadılması müddəti dəqiqləşdirilməyib. ECOWAS Komissiyasının sədri Ömər Turin deyib ki, Benin, Toqo və Sierra Leone nümayəndələrindən ibarət heyət Nigerin hərbi rəhbərliyi ilə sanksiyaların yumşaldılması şərtlərini müzakirə etmək niyyətindədir.

Xatırladaq ki, noyabrın 21-də Niger nümayəndələri ECOWAS Məhkəməsinə sərhədlərin bağlanması və Nigeriyadan elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində ölkədə yaranmış ağır humanitar vəziyyətlə əlaqədar sanksiyaların aradan qaldırılması ilə bağlı sorğu göndəriblər. Paytaxt Niameydəki səlahiyyətlilər ECOWAS-ın son illərdə çevrilişlərin də baş verdiyi Mali, Burkina Faso və Qvineya regional assosiasiyasının üzvləri ilə müqayisədə Nigerə qarşı ədalətsiz davrandığını düşünürlər. Məhkəmə vəsatəti rədd edib.

Share: