Əfqanıstanın Herat şəhərinin yaxınlığında 6,3 maqnitudalı zəlzələ olub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı 10 km dərinlikdə olub. Eyni bölgədə 5 maqnitudalı afteşok da qeydə alınıb.
Tələfat və dağıntılar barədə məlumat verilməyib.