Ekologiya Nazirliyinin rəsmisi: “Masallıdakı yanğında insan amili var”

Ekologiya Nazirliyinin rəsmisi: “Masallıdakı yanğında insan amili var”

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndəsi Masallıda baş verən yanğınla bağlı APA-nın cənub bürosuna açıqlama verib.

Regiona ezam olunan Nazirliyin Meşələrin inkişafı xidmətinin rəisi Xaliqverdi Hüseynov bildirib ki, ərazi olduqca çətin bir relyefə malikdir.

“Yanğının baş vermə səbəbini konkret olaraq deyə bilmirik. Amma hesab edirik ki, bütün yanğınlarda olduğu kimi, burda da hansısa bir insan amili var. Əhalinin mal-qara ilə və yaxud da istirahətlə bağlı əraziyə daxil olmasını müşahidə etdik. Bu ərazilərdə insanlar istirahət edir. Kəndin əhalisi və yaxud digər ərazilərdən, digər regionlardan gələn şəxslərlə bağlı hesab edirik ki, hər hansı bir insan faktoru var. Təbii ki, araşdırma gedəcək. Bu gün yanğının səbəbləri ilə bağlı ilkin olaraq hər hansı bir məlumat vermək doğru olmazdı, qeyri-dəqiq olardı”, – deyə xidmət rəisi bildirib.

Share: