Böyük Britaniyanın Quayakildəki fəxri konsulu Kolin Armstronq qaçırılıb.
xəbər verir ki, bu barədə “El Universo” qəzeti məlumat yayıb.
Oğurluq şənbə günü səhər tezdən Ekvadorun Los Rios əyalətində baş verib.
Öz növbəsində Ekvador polisi X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində bildirib ki, “bu səhər tezdən Los Riosda iş adamına qarşı baş vermiş cinayətlə əlaqədar Ekvador polisinin ixtisaslaşmış bölmələri istintaq-əməliyyat tədbirləri həyata keçirir”.
Qəzet yazır ki, konsulla birlikdə daha bir nəfər qaçırılıb.