Ekvadorda torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub

Ekvadorda torpaq sürüşməsi 16 nəfərin həyatına son qoyub

Ekvadorun mərkəzində yerləşən Alausi şəhərində torpaq sürüşməsi nəticəsində azı 16 nəfər ölüb.

Bu barədə bazar ertəsi ölkənin Fövqəladə Hallar İdarəsi məlumat yayıb.

“Bu günə qədər 16 nəfərin ölməsi, 16 nəfərin yaralanması, 7 nəfərin itkin düşməsi barədə məlumat daxil olub”, – deyə idarədən bildirilib.

Ümumilikdə təbii fəlakət zonasında 500 nəfərin yaşadığı məlumdur. Qırmızı Xaç 163 evin dağıldığını və ya zərər gördüyünü təxmin edir. Hazırda hadisə yerində axtarış-xilasetmə işləri aparılır.

Mənbə: TASS

Share: