Əl-Cəzirə media şəbəkəsi İsrail hərbçilərini yanvarın 7-də Qəzza zolağında iki fələstinli jurnalisti öldürməkdə ittiham edib.
-nın xəbərinə görə, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.
“Əl-Cəzirə Media Şəbəkəsi işğalçı İsrail qüvvələrinin fələstinli jurnalistlərin maşınına hücumunu qətiyyətlə pisləyir”, – media nəhənginin bəyanatında deyilir.
Agentliyin Qəzza müxbiri Vael Əl-Dahduhun oğlu Həmzə Vael Daduh və Əl-Cəzirə üçün işləyən operator Mustafa Turia Rəfah həlak olublar.