Müstəqil.Az xəbər verir ki, Əbülfəz Elçibəyin anım gününə yeni mahnı həsr edilib
Bu barədə mahnının sözlərinin və musiqisinin müəllifi tanınmış şair Adilə Nəzər öz facebook səhifəsində paylaşım edib.
Yeni mahnının aranjmanı Şahin Əhmədova (Shahin Sotaevic) aiddir. Mahnın mətnini isə qiraəti Rayet İmamaliyev edir
Adilə xanım özünün feysbuk səhifəsində bu sözləri yazıb:
“Azərbaycanın bütövlüyü, türk dünyasının birliyi İdeyalarını həyata keçirmək imkanı olmasa da o ideyalar hər bir Azərbaycan türkü üçün mayakdır. Yaşasaydı bu ay 82 yaşı olacaqdı… Bu münasibətlə Bəyi bir daha sayğı və sevgi ilə anırıq. Ruhu şad olsun!”