İlk baxışdan sörfinq lövhəsinə oxşayan bu qurğu sualtı qanadlar vasitəsilə üzən elektrohidrofoyldur. Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, elektrohidrofoylun sualtı qanadlarının dizaynı təyyarənin qanadlarına bənzədilib. Suda olan zaman bu qanadlar insanı suyun səthi ilə apararaq uçuş təəssüratı yaradır.
Propeller vasitəsilə işə salınan qurğu saatda 45 kilometr sürətlə üzə bilir.