Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

Elm adamları 10 aprel tarixində bütün dünyada paralel olaraq mətbuat konfransı keçirəcək.

Müstəqil.az xəbər verir ki, Avropa Cənub Rəsədxanası bu barədə informasiya yayıb.

Xəbərə görə, dünya miqyasında təşkil olunacaq konfransda əhəmiyyətli bir elan veriləcək.

Avropa Cənub Rəsədxanası elanın “Event Horizon Telescope” tərəfindən əldə edilən nəticələrlə bağlı olduğunu deyib. Hələ ki, rəsmi açıqlama verilməsə də, ilk dəfə qalaktikada yerləşən bir qara dəliyin fotosunun ictimaiyyətlə paylaşılacağı ehtimal olunur.

Qeyd edək ki, 2017-ci ildə “Event Horizon Telescope” layihəsi çərçivəsində qalaktikanın mərkəzi “Sagittarius A*”da tapılan superçəkili qara dəliyin görütntülənməsi məqsədilə qlobal teleskop istifadəyə verilmişdi.

Share: