Ermənistanın Baş naziri Nikol Paşinyan populist şüarlarla hakimiyyətə gəlib. Hakimiyyətə gələrkən də xalqa xeyli yalan vəd verib. Bu səbəbdən erməni xalqı çox böyük peşmançılıq hissi keçirir. Çünki N. Paşinyan sadə erməniləri aldadıb. Onun xalqa verdiyi vədlərin heç biri yerinə yetirilməyib. Ona görə də, bu gün işğalçı Ermənistanda səfalət hökm sürür. Postpandemiya dövründə isə işğalçı ölkədə ciddi siyasi, kataklizmlərin hətta, növbəti inqilabın olacağı ilə bağlı proqnozlar verilir.
Müstəqil.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Millət vəkili bildirib ki, bu gün Ermənistanda Paşinyan əleyhinə təkcə onun ənənəvi əlehdarları çıxış etmir.
Dünənə qədər meydanlarda Paşinyanı müdafiə edən insanlar artıq onun əleyhinədirlər. Ermənistanda müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən partiyalar Paşinyan əleyhinə vahid mövqedən çıxış edirlər. Erməni müxalifəti onun hakimiyyətdən salınmasını əsas ideya kimi ortaya qoyur. Bu vəziyyətdə Paşinyanın ailəsi ilə bağlı da yeni faktlar üzə çıxır.
Erməni mətbuatı belə bir informasiya yaymışdı ki, Paşinyanın fiziki problemləri olduğundan o hərbi xidmətə belə yararsız sayılıb. Hazırda Paşinyanla həyat yoldaşı arasında da çox ciddi ixtilaflar formalaşıb. Çünki Anna Akopyan konkret şəxlərin vəzifədən uzaqlaşdırılmasını və özünün həmin vəzifəyə keçməsini istəyir.
Paşinyan isə vəziyyəti qiymətləndirməyə çalışır. Bu halda o A.Akopyanın xahişini yerinə yetirməyib. Ona görə də, bu dəqiqə onlar arasında ciddi ixtilafın olması barəsində artıq erməni mətbuatında da silsilə informasiyalar yayılır. Bu arada məlum olur ki, N.Paşinyanın öyündüyü oğlu aktiv narkotik istifadəçisiymiş”.
Deputatın sözlərinə görə, Paşinyan vaxtilə fəxr edirdi ki, onun oğlu Dağlıq Qarabağda hərbi xidmət keçir:
Halbuki bunun özü qanunazidd addım idi. Erməni vətəndaşının işğaldakı ərazilərdə hərbi xidmət etməsi onu göstərdi ki, Ermənistan bu münaqişədə birbaşa iştirakçıdır.
Eyni zamanda bu, beynəlxalq hüquq normalarının pozulması idi. İndi məlum olur ki, əslində Paşinyan oğlunu hərbi xidmətə göndərməklə onu narkoman dostlarının cəngindən qurtarmaq istəyib. Amma yenə də Paşinyanın oğlu Aşot öz ampulasındadır.
Natamam bir ailə və bu ailənin hakimiyyətdə olması, iqtidarını gücləndirmək iddiaları ermənistan xalqı üçün çox böyük müsibətlərə yol açır. Belə situasiyalardan yayınmaq üçün işğalçı ölkənin baş naziri cəbhədə hərbi təxribatlara əl ata bilər”.
Müstəqil.Az
mənbə:Teleqraf.com