Elman Nəsirovun dediklərin qəribçiliyə saldıq…

Husame Bin Serxan

İndi də Ümumdünya Səhiyyə Təşkilatı bəyan edir ki, bəşəriyyət 10% yoluxmayla bala başı saxlaya bilməz. Hökmən dünya əhalisinin 60-70%-i koronaya yoluxmalıdır ki, insanlıq pandemiyaya qalib gəlsin.

Görəsən istifadə etdiyimiz milyon dekaletrlərlə spirt, satılan milyonlarla ədəd sabun, tonlarla pambıq, marketlərə daşınan, alınan, yeyilən xaral-xaral sarımsaq və sair nə üçünmüş?

Görünür, şərəfsizlərin qorxu təbliğatı effekt vermədi.

Bu üzdən payız kompaniyası aparılır və təssüf edici haldır ki, milli TƏBİB-də bu iyrənc proseslərin içindədi. Gəlin bir şeyi unutmayaq: ayıq dövlətlər və millətlər koronavirus adlı bioloji silaha boyun əymədi. Biz də o sıradayıq və inişallah Ramin Bayramlının nə və kim olduğunu anlayacağıq. Real nəticələr göz qabağındadı.

Rusiya oktyabr ayından kütləvi peyvənd kompaniyasına başlayır. Dünya imperializminin yeraltı və yerüstü gücləri təlaş içindədirlər. O mənada ki, vaksinin bu tezliklə hazırlanacağını hesablaya bilməmişdilər. Birdən-birə “soğanbaş” Lukaşenkonun meydana atılması da səbəbsiz deyil və sırf koronamüharibənin iflası ilə bağlıdır. Demək, Lukaşenkonun pandemiya əleyhinə apardığı “təbliğat və mübarizə” postsovet coğrafiyasında şaşqınlıq, vahimə yaratmaq üçünmüş. Nə yaxşı ki, postsovet məkanına aid ağıllı dövlət rəhbərləri Lukun (yəni “soğanbaş” Lukaşenkonun), şarlatan çağırış və davranışlarına uymadılar.

Əvvəlki həmlə Paşinyandan gəlmişdi. O həmlə də alınmadı. Bir çoxunuz fikirləşə bilər ki, Paşinyan-Lukaşenko-koronavirus birliyi ola bilməz. Vallah olar, billah olar.

Bir müddət əvvəl MM üzvü Elman Nəsirovun dediklərin qəribçiliyə saldıq.

Fəqət, həqiqətlər göz önündədir.

Share: