Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşdü

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində İrlandiyanın Avropa məsələləri üzrə naziri Helen Makinti ilə görüşüb.

  • AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin hazırkı səviyyəsi müzakirə edilib, əməkdaşlığın inkişafı üçün potensialın mövcudluğu vurğulanıb.

Nazirlər beynəlxalq gündəlikdə duran məsələlər üzrə fikir mübadiləsi aparıb, bu xüsusda, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və qarşılıqlı dəstək məsələlərinə toxunublar.

Müstəqil.Az

Share: