Elnur Əşrəfoğlunun son durumu açıqlandı

Elnur Əşrəfoğlunun son durumu açıqlandı

Koronavirusa yoluxan Azərbaycan Cüdo Federasiyasının (ACF) baş katibinin müavini, tanınmış idman şərhçisi Elnur Əşrəfoğlunun son durumu açıqlanıb.

Müstəqil.az xəbər verir ki, jurnalistin müalicə aldığı “Yeni Klinika”dan Report-a bildirilib ki, E.Əşrəfoğlunun vəziyyəti kritik olaraq qalmaqdadır.

“Agciyər göstəricilərində müsbətə doğru dəyişikliklər olmadığı üçün ECMO-ya qoşulub”, – deyə klinikadan məlumat verilib.

Qeyd edək ki, Elnur Əşrəfoğlu sentyabrın əvvəllərində koronavirusa yoluxub. Əvvəlcə ev şəraitində müalicə alan həmkarımız daha sonra “Yeni Klinika”ya köçürülüb.

Share: