Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif edib

Emin Əmrullayev tədris ilinin sentyabrın 1-dən başlamasını təklif edib

“Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedirlər. Misal olaraq, mən 10 il hər şənbə günü məktəbə getməklə, indiki uşaqlardan iki il artıq tədris almışam”.

Oxu.Az-ın məlumatına görə, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirdiyi  brifinqdə bildirib.

Onun sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, uşaqların gələcəyi üçün daha yaxşı olar:

“İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar”.

O əlavə edib ki, məktəblərdə sentyabrın 1-dən tədrisin başlaması daha uyğun olar:

“Bu, sadəcə istəkdir. Tədris ili qısalsa, bizim təhsildən gözləntilərimiz azalır”.

İlhamə Əbülfət

Share: