Emin Mahmudov Azərbaycan millisində 10-cu qolunu vurub.
Oxu.Az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Avstriyaya qarşı AVRO-2024-cün seçmə mərhələ matçında fərqlənib. O, 65-ci dəqiqədə topu rəqib qapısından keçirib.
Emin 10 qolla millinin bombardirləri siyahısında 2-ci pillənin tək sahibi olub. Daha əvvəl o, 9 topla Vaqif Cavadov və Ramil Şeydayevlə birgə 2-4-cü yerləri bölüşdürürdü.
Millinin bombardiri 14 qolla Qurban Qurbanovdur.
Azərbaycan millisi səfərdə Avstriyaya 1:4 uduzub.
Faiq Tahirov