Endirim zamanı nələrə diqqət etməliyik? — Siyahı tutmaq,yoxsa…

Endirim zamanı nələrə diqqət etməliyik? — Siyahı tutmaq,yoxsa…

Alış-veriş həvəskarı olan insanların gözlədiyi əsas zamanlardan biri də endirim vaxtıdır.

Lakin bir çox şəxslər endirim zamanı israfçılığa yol verir, bu, da nəticədə pul israfına səbəb olur.

Bəs endirim müddətində alış-veriş edərkən nələrə diqqət etməliyik?

“Qafqazinfo” endirim zamanı diqqət edilməli olan məqamları təqdim edir:

Sırf ucuz olduğu üçün geyim almayın…

Hesabatlarda deyilir ki, insanlar hər il 1,9 milyon ton tekstil tullantısının yaranmasına səbəb olurlar. Ona görə də endirim zamanlarında hər şeyi deyil, özümüzə lazım olanları almalıyıq. Endirimin sehrinə qapılmaq olmaz.

Zamansız parçalar alın…

Ağ köynək, cins şalvar və ya qara sviter heç vaxt dəbdən düşməyən geyim parçalarıdır. Onları almaqdan çəkinməyin. Lakin həmin paltarların dizaynı, duruşu və parça toxumasını nəzərə alın.

Siyahı hazırlamaq yaxşı fikirdir…

Mağazalarda endirim çılğınlığına qapılmamaq üçün evdən çıxmazdan əvvəl almalı olduğunuz şeylərin siyahısını hazırlayın. Bunun üçün əskik gördüklərinizi qeyd edin. Siyahınızı hazırlayarkən alacağınız əşyanın şkafınızdakı məhsullara uyğun olub-olmayacağına fikir verin.

Şifon köynək və paltarlar

Gələn mövsümün trend parçalarını və rənglərini endirimlə tapmaq mümkündür. İndi aldığınız yay paltarlarını havalar isinməyə başlayanda rahatlıqla geyinə bilməyiniz mümkündü.

Onlayn alış-veriş daha məntiqlidir…

Onlayn alış-veriş ən yaxşı alternativdir. Əgər ölçü problemi yaşayırsızsa, brendlərin geri qaytarma prosedurlarından istifadə edin.


Share: