Enerji istehsalı üçün yeni imkanlar yaradılır

Enerji istehsalı üçün yeni imkanlar yaradılır

Prezident İlham Əliyev: “İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik”
Müasir dövrün ciddi ekoloji qayğılarından sayılan, insanların zəmanətli elektrik enerjisi və yanacaq təminatıdır. Bu gün insanların elektrik enerjisi və yanacağa olan təlabatı əsasən bərpa olunan enerji vasitəsilə təmin olunmasına üstünülük verilir. Bu problemin həlli məqsədi ilə, aparıcı dünya ölkələri tükənməyən və bərpa oluna bilən alternativ enerji mənbəələrinin geniş tətbiq olunmasını öz qarşılarına məqsəd olaraq qoyublar. Dünya ölkələri öz enerji proqramlaında alternativ enerji mənbələrindən alınacaq enerjinin 5 dəfədən çox artırılmasını öhdəlik olaraq qarşılarına qoyubla. İstinad olunan mənbələr isə əsasn günəş, eləcə də külək enerjisi bioqaz və başqa mənbələrdir.
Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə etməklə respublikamızda istehsal olunan elektrik enerjisinin faizi artıb. Azərbaycan öz coğrafi mövqeyinə görə günəş enerjisi ehtiyatları ilə zəngindir. Xüsusilə, Abşeron yarımadasında və Xəzər dənizinin sahilboyu ərazisində günəş işığının müddəti il ərzində 2500, Naxçıvan Muxtar Respublikasında isə 2900 saata bərabərdir. Bərpa edilən enerji mənbələri ilə məşğul olan mütəxəssislərimiz də bu sahənin inkişafını müsbət qiymətləndirirlər. Bu sahədə qarşıya çıxan məsələlər həll olunduğundan Azərbaycan artıq alternativ və bərpa olunan enerji ixracatçısına çevrilməkdədir. Əsas məsələ isə ölkədə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə kapital qoyuluşu üçün hüquqi baza yaradılıb. Eyni zamanda bərpa olunan enerji mənbələrindən istifadə ilə bağlı beynəlxalq təcrübə öyrənilib. Azərbaycanın rəqabət qabiliyyətinin səviyyəsi artıb. Bütün bunlarla yanaşı, Azərbaycan xaricdə ölkələrlə əməkdaşlıq edir, beynəlxalq standartlara uyğun avadanlıqlar ölkəmizdə tətbiq edilir. Prezident İlham Əliyev cari ilin 26 oktyabr tarixində 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində çıxışıda deyib ki, Azərbaycana etibar edən və Azərbaycanın yaşıl gündəliklə bağlı hədəflərə çatmasına imkan yaradacaq “Masdar” şirkəti bərpaolunan enerjiyə böyük həcmdə investisiya yatırmağı qərar verib: “Birgə əməkdaşlıq təkcə Azərbaycanın gələcək inkişafına deyil, həm də iqlim dəyişikliyi ilə bağlı məsələlərə öz töhfəsini verəcəkdir. Mərhələlərlə 10 qiqavata qədər bərpaolunan enerji istehsal etmək üçün birgə işləməyi planlaşdırırıq və bu, regionun enerji inkişafında tam bir inqilab olacaq, çünki Azərbaycan dünyada ilk dəfə XIX əsrin ortalarında neftin istehsal olunduğu ölkədir. Dənizdəki yataqlardan ilk neft ötən əsrin ortalarında istehsal olunub. İndi bizim zəngin yanacaq ehtiyatlarımızın olduğunu nəzərə alaraq, biz yaşıl gündəliyə doğru irəliləyirik”.
Azərbaycan dövləti bu istiqamətdə işğaldan azad olunan rayonlarda da fəaliyyətini geniş iş aparır. Onu da qeyd edək ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı” da təşkil olunmuşdur. Tədbirlər Planına əsasən, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və Energetika Nazirliyi, İqtisadiyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, “Azərişıq” ASC ilə birlikdə 2022-2023-cü illərdə damüstü günəş enerjisi sistemlərinin quraşdırılması üzrə tələblər müəyyən edilməsi üzrə təhlillərin aparılmasını, tələblərin müəyyən edilməsini, tələblərin razılaşdırılması və təsdiq edilməsini təmin etməlidir. Dövlətimizin başçısı çıxışında bu məsələyə də toxunub: “Qarabağ, Şərqi Zəngəzur və Naxçıvan artıq yaşıl enerji zonası kimi elan olunub. Təbii sərvətlərimizin istifadəsi üçün böyük potensial var və aydındır ki, külək də artıq bu sərvətə çevrilib”. Respublikada əlverişli təbbi şərait enerji istehsalı üçün yeni imkanlar açır. Rəsmi məlumatlara görə, Azərbaycanda 2026-cı ilin sonunadək 1 800 MVt-a yaxın külək və günəş elektrik stansiyalarının istifadəyə verilməsi planlaşdırılır. Bildirilir ki, daxili və ixrac tələblərindən asılı olaraq bu həcmlərin 2037-ci ilə qədər və sonrakı dövrlərdə əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Enerji həftəsi çərçivəsində biz əlavə 3 MVt bərpa olunan enerji mənbələrinin inkişafını nəzərdə tutan memorandumlar imzalayacağıq. Yeri gəlmişkən, tədbir çərçivəsində “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti arasında Neftçala, Biləsuvar və Abşeron-Qaradaş rayonunda günəş elektrik stansiyalarının tikilməsi ilə bağlı müqavilələr imzalanıb. Bununla, “Abu Dhabi Future Energy Company – Masdar” şirkəti Azərbaycan Respublikasına daha çox investisiya yatırmış olacaq. Şübhəsiz ki, ekoloji cəhətdən təmiz alternativ və bərpa olunan enerji mənbələrindən istifadə edilməsi respublikamızda istilik elektrik stansiyalarında yandırılan böyük miqdarda yanacağa qənaət edilməklə həm də ətraf mühitə atılan zərərli tullantıların miqdarının azaldılmasına imkan verəcəkdir.

Nurullayeva Zenfira İslam qızı
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin xor ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

Share: