“Rusiya hərbçiləri Atom Elektrik Stansiyasının mühüm ekoloji komponentini məhv edirlər.
Rusiyalılar Zaporojye Atom Elektrik Stansiyasında (AES) ekoloji fəlakət törədiblər”.
Bu barədə “Enerqoatom” Milli Nüvə Enerjisi İstehsalat şirkəti məlumat verib.
Bildirilib ki, stansiyanın enerji bloklarının dayandırılması nəticəsində Zaporojye AES-in soyuducu gölməçəsinə isti su daxil olmur, nəticədə suyun temperaturu təxminən +13 dərəcəyə enib.
“Bu, gölməçədəki balıqların kütləvi məhvinə səbəb olub. Hazırda burada iki növ balıq – isti su tilapiyası və Asiya som balığı saxlanılır. Onlar ətraf mühitin təmizliyinin təmin edilməsi üçün təxminən 25 il əvvəl gətirilib. Balıqlar yaşıl yosunları məhv edir və soyuducu boruların təmiz qalmasını təmin edir ki, bununla da sanitar funksiyanı yerinə yetirir. Qışda havanın temperaturu +18 dərəcədən aşağı düşmədiyi əlverişli şərtlərdə balıqlar çoxalırdı”, – deyə məlumatda qeyd edilir.
“Enerqoatom” xəbərdarlıq edib ki, yaxın vaxtlarda soyuducu gölməçədəki suyun temperaturu yüksəlməsə, gölməçə min tona yaxın ölü balığını sahilə çıxaracaq.
Mənbə: Tsn.ua