ƏNTİQƏ OĞLAN…

ƏNTİQƏ OĞLAN…

Səlim Babullaoğlu mülayim xasiyyətli, nəcib, mehriban insandır. Eyni zamanda cəsur və dinamikdir. Zəngin həyat təcrübəsi var- necə deyərlər, hər parıldayan əşyanı tələsib “qızıl” adlandırmır. Səbirlidir, əmin olmayınca hər eşitdiyinə inanmır. Sədaqətli, vəfalı dostdur. Ətrafdakılara qarşı diqqətli və mərhəmətlidir. Son tikəsini bölüşməyi bacarır. İçindəki “MƏN”ə çoxdan qalib gəlib, Allahı sevir. Bir sözlə, obrazlı desək, Səlim bir çox müsbət xüsusiyyətləri özündə ehtiva edən ƏNTİQƏ OĞLANDIR…

O ki, qaldı bir qələm adamı kimi yaradıcılığına Səməd Vurğun, Anar, Çingiz Abdullayev kimi böyük yazarların əsərlərinə irad tutan naşı adamların çoxaldığı bir zamanda bunu demək olar:- Səlim Babullaoğlu bu gün qərb təfəkkürü ilə şərq poeziya nümunələri yarada bilən nadir şairlərdən biridir. Nadanlar narahat olmasınlar, onu gələcəkdə daha çox oxuyacaqlar…
Dekabrın 10-nu ömrünün 51-ci təntənəsini qeyd edəcək. Bu münasibətlə Səlimi təbrik edir, möhkəm can sağlığı, yaradıcılıq uğurları arzulayıram.
Ad günü və qarşıdan gələn yeni təqvim ili mübarək!
Hörmətlə, Elman Eldaroğlu
Share: