Ənvər Vəliyev Haqqında… – Aysel Fikrət

Ənvər Vəliyev Haqqında… – Aysel Fikrət

“İndi Göylər qədər uzaq”
Dağ cüssəli kişilər gəlib getdi bu dünyadan.

Ənvər Vəliyev mənim xatirəmdə sərt bir insan olmaqla yanaşı xeyirxah ata,əmi, doğma kimi də qalmışdır.Onu bu yaz itirdik.Uzun aylardır onun haqqında yaza bilmədim.Səbəbi onunla doğma bağlarımızın çox möhkəm olmasındandır sandım.
Bu gün ecazkar, əzəmətli və eyni zamanda həlim olan səsinin ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı”şeirini dinlədim.Ənvər müəllim canlı nağıl, diri kitab idi bizlər üçün.Tələbələri onu bir çox cəhətlərinə görə fərqləndirir və çox sevirdi.Tələbələr artıq onun sehrindən,onun kimi müəllim olmağı da seçmişdilər.Ənvər Vəliyev Müəllim, və xalq artisti adına layiq görülmüş aktyorların müəllimi idi.Müəllimlər müəllimi idi Ənvər Vəliyev.Bu onun kimi son dərəcə istedadlı, yaraşıqlı aktyor üçün böyük fədakarlıq idi.O özünün sənətkar ömrünü müəllimliyə həsr etdi və bununla daima fəxr etdi.Öz sözüylə desək sözün sehri onu çəkdi.
Ənvər Vəliyev aktyorluq sahəsində çox irəli gedə, kino, teatr sahəsində birinci də ola bilərdi .Yaınız o keşməkeşli həyatında özünü nümunə götürdü.
O böyük əziyyətlə gəlib tələbə olmuşdu.Onun üçünmü özü kimi bir vaxtlar əziyyət çəkən, tələbələrə bir işiq izi olmağa daha çox üstünlük verdi.Ucaldı.
Bayaq dedim axı keşməkeşli həyat yolu.Çoxuşaqlı ailədə Fatma anasına sığınan yox, anasıyla bərabər çalışıb qardaşlarını qoruyan bir övlad olmuşdur oğul Ənvər.Mən illər sonra üç ciyərparası olan, bir qız, iki oğul övladı olan Ata Ənvəri də xatırlayıram.Qayğıkeş ata.Ana sevgisi isə bir başqa aləm idi,onu yaşadırdı.Anasını dünyadan köçən günə qədər min dillə dindirən bu həlim insan.Bir övlad kimi örnəkdir.
Onun səsiylə sinədəftər dediyi şeir boxçası.Gözümün önündən getmir.Şəxsiyyət idi Ənvər Vəliyev.Həmişə bu cəmiyyətin gözü axtaracaq bir ağsaqqal idi.Araşdırma edərkən Ənvər Vəliyevin Bunyad rolunda olan ifasına tamaşa etdim. O gözlərdə olan həyat eşqi,qığılcım onu son günə qədər tək qoymadı.Allahın lütvü həmişə onun üstündə oldu.Allaha bağlı bir insan idi Ənvər Vəliyev.Ənvər Vəliev həyatını Universitetə, tələbələrinə,sənətinə həsr etmişdir.Dolayı yolla mədəniyyətə həsr etmişdi.Bu yazını yazlb bitirincə, onun ifasında Cəfər Cabbarlının Ana şeiri qulaqlarımda eşidildi sanki.Bu dünyadan dağ cüssəli kişilər keçdi getdi .Onlar həyatda öz müqəddəs missiyaLarı üçün gəlirlər.Belə insanlar Cəmiyyətin formalaşması,mədəniyyətin inkşafı üçün çalışıb,mübarizə aparıb yaşayarlar.
Bu cür müqəddəs insanları mütləq çox sevən qadını da olur.Mən onun ömür gün yoldaşının üzündə olan yaşanmamış sevgi baxışını gördüm.Ənvər Vəliyev dünyasını dəyişəndən, üzünə çökən hüzn,küskünlük hələ də çox sevdiyi həyat yoldaşına üsyanı idi.Sevginin yaranışı bilinmədiyi kimi ölümü də nisbidir.Sevgi həmişə hər an bizdən sonra bu dünyada qalır və biz öldükdən sonra bizi doğmalarımıza sevdirir.
Sevgisi bu dünyada qalmış gözəl kişi,dağ cüssəli, həlim Ənvər müəlim.Səni unutmaram. Bu dünya sənin kimi insanların varlığıyla fırlanır.Cismini götürüb getmisən ruhunu bu dünyadan əsirgəmədin.Hər zaman duamıza döndün gözəl sənətkar.Ənvər Vəliyevn ifasında olan bir şeir isə mənim həyat nağılımdı,sevgi etirafımdı.Dənizi hədiyyə verirəm sənə Gözəl şair Nəbi Xəzrinin misraları
Dənizi hədiyyə verirəm sənə,
Mən dedim, sən baxdın, sən gülümsədin.
Bir şeir bu qedermi saf deyilər.Ənvər Vəliyev də bizim üçün bir sevgi hədiyyəsi idi .İndi göylər qədər bizə uzaq olsa da dənz kimi ürəyimizdə çağlayar.şeir təsəllidir. Ənvər Vəliyevi itirdik və bu yazı özü də bir təsəllidir.

Aysel Fikrət

Share: