Eramızdan əvvələ aid ən qədim qızıl muncuq – FOTO

Milli Azərbaycan Tarixi Muzeyinin Xüsusi Fondunda Muzeyin ən qədim qızıl eksponatı qorunur.

Müstəqil.az bildirir ki,Muzeydən Publika.az-a verilən məlumata görə, muzeyin ekspozisiyası və fondunda Azərbaycanın antik qızıl zərgərlik məmulatları qorunur, nümayiş olunur.

Muzeyin ən qədim qızıl eksponatı olan muncuq düzümü Ağstafa rayonunun Soyuqbulaq nekropolundan tapılıb. O, arxeoloq Tufan Axundov tərəfindən arxeoloji ekspedisiya zamanı aşkarlanıb. Mütəxəssisin qeyd etdiyinə görə, muncuqlar e.ə. IV minilliyin ikinci yarısına, tunc dövrünə təsadüf edir. 23 ədəd qızıl muncuq halqa və oval formalı olub, biri lacivərd (lazurit) daşındandır. Çəkisi 2,9 qramdır. Bu qızıl zinət əşyası Muzeyin dəyərli inciləri sırasında xüsusi əhəmiyyətə malikdir. Həmçinin Azərbaycan etnoqrafiyasını öyrənmək baxımından böyük önəmi var.

Müstəqil.Az

Share: