Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin-İsrail gərginliyini həll etmək üçün sülh konfransını çağırmaq təşəbbüsü ilə çıxış edib.
Türkiyə lideri bu barədə partiyasının Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxışı zamanı bildirib.
“Türkiyə hazırkı eskalasiya fonunda Fələstin və İsrail üçün qarant ölkələr sistemi yaratmaq ideyası ilə çıxış edir. Ankara Fələstin tərəfi üçün belə bir qarant olmağa hazırdır”, – deyə R.T.Ərdoğan vurğulayıb.
Mənbə: Anadolu